Medianın məlumatına görə, Polşa prezidentinin təyyarəsi Varşava hava limanında qəzalı eniş edib, lakin Andjey Duda Co Baydenlə görüşmək üçün başqa təyyarə ilə uçub

 
Polşa prezidentinin təyyarəsi Varşava hava limanında qəzalı eniş edib, lakin Andjey Duda Co Baydenlə görüşmək üçün başqa təyyarə ilə uçub. Bu barədə Polşa mətbuatı məlumat yayır.

Prezident təyyarəsi Polşa və ABŞ prezidentlərinin görüşəcəyi Jeşov şəhərinə uçurdu.

Qəzalı enişin səbəbləri məlum deyil.

Andjey Duda Baydenlə görüşmək üçün ehtiyat təyyarə ilə uçub və artıq Jeşovdadır. Prezidentlərin görüşü Ukrayna ilə sərhədə yaxın keçiriləcək.