Medianın məlumatına görə, Olaf Şolts, Mario Draqi və Emmanuel Makron önümüzdəki günlərdə Kiyevə səfər etməyi planlaşdırırlar
Medianın məlumatına görə, Olaf Şolts, Mario Draqi və Emmanuel Makron önümüzdəki günlərdə Kiyevə səfər etməyi planlaşdırırlar

 

Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Draqi və Fransa prezidenti Emmanuel Makron önümüzdəki günlərdə Kiyevə səfər etməyi planlaşdırırlar.

Bu barədə məlumatı İtaliya mətbuatı yayır.

Yayılan məlumatlarda, avropalı liderlərin 23-24 iyuna planlaşdırılan Aİ sammitindən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək istədiyi bildirilir.