Medianın məlumatına görə, Livandan tank əleyhinə idarə olunan raket hücumu nəticəsində İsraildə bir neçə mülki şəxs yaralanıb
Medianın məlumatına görə, Livandan tank əleyhinə idarə olunan raket hücumu nəticəsində İsraildə bir neçə mülki şəxs yaralanıb

Livandan tank əleyhinə idarə olunan raket hücumu nəticəsində İsraildə bir neçə mülki şəxs yaralanıb, – İsrail mediası xəbər verir.

Medianın məlumatına görə, İsrailin şimalına tank əleyhinə raket hücumu nəticəsində yaralanan mülki vətəndaşlardan birinin vəziyyəti kritikdir. Daha beş nəfərin səhhətinin vəziyyəti ağırdır.

İsrail Elektrik Korporasiyası bildirir ki, Livandan raket hücumu nəticəsində yaralanan işçilər əvvəlki hücum nəticəsində zədələnmiş xətləri təmir edirdilər. Raket hücumuna görə məsuliyyəti Livanın “Hizbullah” qruplaşması öz üzərinə götürüb. Raket sərhədə yaxın Dovevi şəhərinin şimal bölgəsi yaxınlığında bir neçə avtomobilə ziyan vurub.