Media-İsraildə ölənlərin sayı 1200-ə çatıb, Qəzzada isə 900-ü keçib
Media-İsraildə ölənlərin sayı 1200-ə çatıb, Qəzzada isə 900-ü keçib

“HƏMAS”ın İsrailə hücumundan təxminən dörd gün sonra İsraildə ölənlərin sayı 1200-ə çatıb. Məlumatı İsrailin İctimai Yayımçısına istinadən “BBC” yayıb.

Medianın məlumatına görə, həlak olanların əksəriyyəti mülki şəxslərdir.

Eyni zamanda Fələstin Səhiyyə Nazirliyinə istinadən media Qəzzada ölənlərin sayının 900-ü keçdiyini, 4600 nəfərin isə yaralandığını yazır.

Hücumlar nəticəsində ölənlərin ümumi sayı 2100-ə yüksəlib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı 200-dən çox hədəfi vurub. İsrail Müdafiə Qüvvələrindən bunun son 24 saat ərzində bölgədə üçüncü əks-hücum olduğunu bildiriblər.