Media - ABŞ-ın hərbi texnikası İsrailə çatıb
Media - ABŞ-ın hərbi texnikası İsrailə çatıb

ABŞ-ın hərbi texnikası İsrailə çatıb.

Medianın yaydığı məlumatda qeyd olunduğu üzrə, Amerikanın hərbi texnikası ilə dolu ilk təyyarə bir az bundan əvvəl İsrailin cənubundakı Nevatim aviabazasına eniş edib.

“Hərbçilərimiz arasında əməkdaşlıq müharibə zamanı regional təhlükəsizliyi və sabitliyi təmin etmək üçün vacibdir”- deyə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.