Medianın məlumatına əsasən, Qəzza sektorundan Netivot şəhəri istiqamətində 30 raket atılıb, onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib
Medianın məlumatına əsasən, Qəzza sektorundan Netivot şəhəri istiqamətində 30 raket atılıb, onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib

 
Qəzza sektorundan İsrail ərazisi bombalanıb. İsrail mediasının məlumatına əsasən, ərəb anklavından atılan raket İsrailin cənubundakı Netivot şəhərində bir evə düşüb.

Yerli tibb xidmətinin məlumatına əsasən, partlayış nəticəsində insan tələfatı olmayıb, yalnız binaya ziyan dəyib.

İsrail mediası Qəzza sektorundan Netivot şəhəri istiqamətində 30 raketin atıldığını yazır. Raketlərin əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.