Medianın məlumatına əsasən, Lvovda raket hücumu nəticəsində azı 4 nəfər həlak olub
Müharibənin başlamasının 498-ci günündə Rusiya yenidən Ukrayna istiqamətində raket hücumu həyata keçirir, – bu haqda “Reuters” yazır. Medianın məlumatına əsasən, gecə saatlarında Ukraynanın əksər bölgələrində hava həyəcanı elan edilib. Lvov vilayətində raket hücumu kritik infrastruktur obyektinə ziyan vurub və raketlərdən biri hündürmərtəbəli yaşayış binasına düşüb, azı 4 nəfər ölüb, 9 nəfər yaralanıb. 60-a yaxın mənzil və 50 avtomobilə ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatı hələ də davam edir. Lvov vilayəti elektrik enerjisi ilə təmin olunmayıb və kommunikasiya problemi də var.
Medianın məlumatına əsasən, gecə saatlarında Rusiya Sumı bölgəsinə raket hücumu həyata keçirib və burada 279 partlayış qeydə alınıb.