Medianın məlumatına əsasən, Krım yarımadasının şimal hissəsində hərbi aerodrom yanır
Medianın məlumatına əsasən, Krım yarımadasının şimal hissəsində hərbi aerodrom yanır

 
Medianın məlumatına əsasən, Krım yarımadasının şimal hissəsində hərbi aerodrom yanır.

“Astra” və yerli “Telegram” kanallarının verdiyi məlumat üzrə, Rusiyanın ilhaq etdiyi Krımın şimalında, Cankoyedə aprelin 17-də partlayış səsi eşidilib, ardınca hərbi aerodromda genişmiqyaslı yanğın baş verib.

Ukrayna mediasının məlumata əsasən, partlayışdan bir neçə dəqiqə əvvəl Krım yarımadasında hava hücumu ilə bağlı xəbərdarlıqedici siqnal işə düşüb. Partlayışın səbəbləri və nəticələri barədə məlumat yayılmır.

“Azadlıq” radiosunun məlumatına əsasən, Rusiyanın 27-ci qarışıq aviasiya diviziyasının helikopterlərinin 39-cu alayı, eləcə də Cənub Hərbi Dairəsinin raket əleyhinə müdafiə sistemlərinin yerləşdiyi Rusiya Federasiyasının aktiv aerodromu Cankoyedə yerləşir.

Bundan əlavə, Ukrayna mediası Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə zamanı Rusiyanın bu aerodromu logistik mərkəzə və hərbi bazaya çevirdiyini xəbər verir.