Medianın məlumatına əsasən, Kamçatka yarımadasında Avrasiyanın ən yüksək aktiv vulkanı olan "Klyuchevskaya" lava püskürməyə başlayıb
Medianın məlumatına əsasən, Kamçatka yarımadasında Avrasiyanın ən yüksək aktiv vulkanı olan "Klyuchevskaya" lava püskürməyə başlayıb

Rusiyanın Kamçatka yarımadasında “Klyuchevskaya ” vulkanı lava püskürməyə başlayıb.

Bu barədə “Ria Novosti” məlumat yayıb.

Kamçatka Vulkan Püskürməsinə Müdaxilə Qrupunun mətbuat konfransında bildirdiyi kimi, püskürmə ötən gecə başlayıb. Həmçinin, müdaxilə qrupu müşahidələr əsasında bildirir ki, vulkanın yaxınlığındakı yaşayış məntəqələri və aviasiya üçün heç bir təhlükəsi yoxdur.

“Klyuchevskaya ” Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Onun mütləq hündürlüyü təqribən 4850 metrdir. Vulkanın sonuncu püskürməsi 2020-ci ilin sentyabrın 30-dan 2021-ci ilin fevralın 8-dək davam edib.