Medianın məlumatına əsasən, İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində aralarında "HƏMAS"la əlaqəsi olan 157 nəfər olmaqla 280 fələstinlini həbs edib
Medianın məlumatına əsasən, İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində aralarında "HƏMAS"la əlaqəsi olan 157 nəfər olmaqla 280 fələstinlini həbs edib

“HƏMAS”ın İsrailə hücumundan sonra İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində 157-si “HƏMAS”la əlaqəsi olan 280 fələstinlini həbs edib. Müvafiq məlumatlar yerli media tərəfindən yayılır.

İsrail Müdafiə Qüvvələri təkcə ötən gecə ikisi yüksək rütbəli olmaqla, 25 “HƏMAS” üzvünü həbs etdiklərini bildirib.

İsrail ordusunun məlumatına görə, son günlər İordan çayının qərb sahilində İsrail qüvvələri ilə fələstinlilər arasında bir neçə toqquşma olub, həmçinin 10 terror aktına cəhd edilib. Fələstin administrasiyasının məlumatına əsasən, oktyabrın 7-dən sonra İsrail qüvvələri İordan çayının qərb sahilində 54 fələstinlini qətlə yetirib.