Medianın məlumatına əsasən, “HƏMAS”ın İsrailə hücumu nəticəsində 31 ölkədən 100-dən çox əcnəbi həlak olub
Medianın məlumatına əsasən, “HƏMAS”ın İsrailə hücumu nəticəsində 31 ölkədən 100-dən çox əcnəbi həlak olub

“HƏMAS”ın İsrailə etdiyi hücum nəticəsində 31 ölkədən 100-dən çox əcnəbi həlak olub. Bu haqda məlumatı “BBC” yayır.

Ən çox itki ABŞ vətəndaşları arasındadır, ən azı 27 amerikalı həyatını itirib.

Tailand vətəndaşları arasında itkilər də yüksəkdir, 24 Taylandlı həyatını itirib. Hücum nəticəsində 15 Fransa vətəndaşı həlak olub. Nepal – 10, Argentina – 7, Ukrayna – 7, Rusiya, Böyük Britaniya və Çili – hər birinin 4, Avstriya, Belarus, Kanada, Çin, Filippin, Braziliya – hər birinin 3, Peru, Rumıniya – hər birinin 2, Avstraliya, Azərbaycan, Kamboca, İrlandiya, Portuqaliya, İspaniya, İsveçrə, Kolumbiya və Paraqvayın isə hər birinin 1 vətəndaşı vəfat edib.

Qaçırılanlar arasında Almaniya və Meksika vətəndaşları da var. İtaliya, Paraqvay, Şri-Lanka və Tanzaniya vətəndaşları itkin düşmüş hesab edilir.