Media- ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya göndərib
Media- ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya göndərib

Pentaqon İrandan ələ keçirilən silahları Ukraynaya göndərib. Məlumatı “Politico” yayıb.

Medianın məlumatına görə, bazar ertəsi baş tutan transfer Ukrayna hərbçilərinin qışdan əvvəl Rusiyaya qarşı müdafiəsini gücləndirməyə kömək etmək məqsədi daşıyır.

“Politico”nun yazdığı kimi, ABŞ bu qərarı Ukraynaya maliyyə yardımı Nümayəndələr Palatasında daxili siyasi münaqişəyə səbəb olduqdan və  respublikaçı deputatlar əlavə yardıma qarşı çıxdıqdan sonra verib.

Medianın yaydığı məlumatda qeyd edildiyi üzrə, ABŞ Hərbi Dəniz Qüvvələri Ukraynaya verilmiş silahları İrandan İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Yəmən Husilərinə təhvil verilmək üçün aparılarkən ələ keçirib.