Media tərəfindən yayılmış məlumatda Rusiyanın Kramatorsk şəhərinə hava zərbəsi endirdiyi və raketin insanların sıx olduğu restorana düşdüyü deyilir
Media tərəfindən yayılmış məlumatda Rusiyanın Kramatorsk şəhərinə hava zərbəsi endirdiyi və raketin insanların sıx olduğu restorana düşdüyü deyilir

 

Rusiya Ukraynanın şərqində yerləşən Kramatorsk şəhərinə raket zərbəsi endirib, raket izdihamlı restoranın üzərinə düşüb- bu barədə “BBC” yazır.

Media hadisə yerinə təcili yardım xidmətlərinin səfərbər olunduğuna dair məlumat yayır.

Bu vaxta olan məlumata əsasən 18 nəfərin yaralandığı, 2 nəfərin həlak olduğu bilinir.

Sosial şəbəkələrdə yayılan kadrlar və şəkillərdə dağıntılarla əhatə olunmuş binalar görünür.

“Hazırda şəhərdə yaralıların və dünyasını dəyişə biləcək insanların sayını müəyyən etmək üçün çalışırıq. Bu, şəhərin mərkəzi, insanların toplaşdığı yerdir. Dinc sakinlərlə dolu restoran idi”- deyə regional administrasiyasının rəhbəri Pavlo Kirilenko açıqlayıb.