Media tərəfindən verilən məlumatda Belarus Parlament Şurasının nümayəndə heyətinin işğal olunmuş Abxaziyaya səfər etdiyi deyilir
Media tərəfindən verilən məlumatda Belarus Parlament Şurasının nümayəndə heyətinin işğal olunmuş Abxaziyaya səfər etdiyi deyilir

 

Belarus Parlament Şurasının nümayəndə heyəti işğal olunmuş Abxaziyaya səfər edib. Bu barədə Belarus mətbuatı məlumat yayır.

Medianın yaydığı məlumatda nümayəndə heyətinə Belarus Parlament Şurasının Gənclər Siyasəti, İdman və Turizm Komissiyasının sədri Artyom Turovun rəhbərlik etdiyi deyilir.

Yayılmış məlumatlara əsasən, Belarus nümayəndə heyətinin üzvləri Suxumidə işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya ilə görüşüblər, görüşdə Bjania qanunvericilər və icraçı qanadlar səviyyəsində əlaqələrin aktivləşdirilməsinin vacibliyindən danışıb. Belarus nümayəndə heyətinin üzvləri de-fakto parlamentin spikeri Laşa Aşuba ilə də görüşüblər.