Media Serqey Şoyqunun "Qərb" qruplaşmasının komandanlığına kəşfiyyat işlərini həyata keçirməyi tapşırdığına dair məlumat yayır
Media Serqey Şoyqunun "Qərb" qruplaşmasının komandanlığına kəşfiyyat işlərini həyata keçirməyi tapşırdığına dair məlumat yayır

 

Rusiyanın müdafiə naziri Serqey Şoyqu “Qərb” qrupunun komandanlığına kəşfiyyat işləri aparmağı tapşırıb- bu barədə “Ria Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən yazır.

Rusiya Müdafiə Nazirliyindən açıqlandığı üzrə, Şoyqu əməliyyat zonasında Qərb Qüvvələri Qrupunun ön komanda məntəqəsinə baxış keçirib və hərbçilərin qarşısına yeni vəzifə qoyub.

“Qərb Qüvvələri Qrupunun komandirlərinə qarşı tərəfin planlarını əvvəlcədən bilmək üçün aktiv kəşfiyyatı davam etdirmək tapşırılıb” -deyə Şoyqu açıqlayıb.

Media tərəfindən yayılmış məlumata əsasən, Rusiyanın müdafiə naziri xüsusi hərbi əməliyyata cəlb olunan qoşunların təhlükəsiz yerləşdirilməsi üçün şərait yaratmaq məqsədilə onlara dəstəyin təşkilinə xüsusi diqqət yetirib.