Media, Parisdə planlaşdırılan Yay Olimpiya Oyunları zamanı terror aktı hazırladığı iddia edilən 16 yaşlı yeniyetmənin Fransada saxlanılması haqda məlumat verir
Media, Parisdə planlaşdırılan Yay Olimpiya Oyunları zamanı terror aktı hazırladığı iddia edilən 16 yaşlı yeniyetmənin Fransada saxlanılması haqda məlumat verir

 
Parisdə planlaşdırılan Yay Olimpiya Oyunları zamanı terror aktı hazırladığı iddia edilən 16 yaşlı yeniyetmə Fransada saxlanılıb. Məlumatı yerli media yayır.

Yeniyetmə olimpiadada “İslam Xilafəti uğrunda şəhidlik” üçün “şəhid kəməri” hazırlamaq niyətində olduğunu sosial şəbəkədə yazdıqdan sonra saxlanılıb.

Anonim mənbə bildirib ki, yeniyetmə “Défense” stadionunda terror aktı planlaşdırırmış.

İşin istintaqını Fransanın Milli Antiterror Prokurorluğu aparır.

Hazırda saxlanılan yeniyetmə polis bölməsindədir, hüquq-mühafizə orqanları onun təhdidinin real olub-olmamasını araşdırır. Yeniyetmənin valideynlərinin evində saxlanılması haqda məlumat yayılır. Onun “İslam Dövləti”nə sadiqliyi barədə yazdığı qeydlər götürülüb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Fransanın daxili təhlükəsizlik baş idarəsində Parisdə Olimpiya Oyunlarının açılış mərasimində terror aktlarının törədilməsi ehtimalından narahat olduqlarını demişdilər.