Media - Misirin Baş naziri Qəzzalı qaçqınların Sinay yarımadasında yerləşdirilməsi ideyasına qarşıdır
Media - Misirin Baş naziri Qəzzalı qaçqınların Sinay yarımadasında yerləşdirilməsi ideyasına qarşıdır

Misirin Baş naziri Mostafa Medbuli Qəzzadan məcburi köçkünə çevrilən insanların Sinay yarımadasına köçürülməsi ideyasının əleyhinədir. Məlumatı “BBC” yayıb.

Bundan əvvəl yerli İsrail mediası yüksək səviyyəli İsrail rəsmilərinin Qəzzada yaşayan mülki şəxslərin şimal-şərqə, Misirə köçürülməsini istədiyini bildirib.

Bundan başqa, Misirin Baş naziri Mostafa Medbuli Şimali Sinaya səfəri zamanı bəyan edib ki, regional münaqişə Misirin hesabına həll edilməməlidir.

Misirin nəzarətində olan Rafah keçidi Qəzza sektoru sakinlərinin Qəzzanı tərk edə bilməsinin yeganə yoludur.