Media Kiyevdəki sığınacaqlarda yoxlama aparıldıqdan sonra Ukrayna hökumətinin Vitali Kliçkoya töhmət verdiyinə dair məlumat yayır
Media Kiyevdəki sığınacaqlarda yoxlama aparıldıqdan sonra Ukrayna hökumətinin Vitali Kliçkoya töhmət verdiyinə dair məlumat yayır

 

Ukrayna hökuməti Kiyevin meri Vitali Kliçkoya şəhərin sığınacaqlarında yoxlama aparıldıqdan sonra töhmət verib. Bu barədə “Reuters” yazır.

Media tərəfindən yayılmış məlumata əsasən Ukrayna hökumətində Rusiyanın hava hücumu zamanı 3 nəfərin sığınacağa daxil ola bilməməsi və həlak olmasından sonra Kliçkoya sığınacaqlardakı vəziyyətə görə töhmət verildiyini bildiriblər.

Ukrayna hökuməti Kiyevin hərbi administrasiyasına tabe olan iki rayonun rəhbəri və iki vilayətin rəhbər səlahiyyətlərini icra edən şəxslərin tutduqları vəzifələrdən azad edildiyinə dair məlumat yayır.

Medianın yazdığı kimi, Kliçkonun vəzifədən uzaqlaşdırılması məsələsi hələ də məlum deyil.

Xatırladaq ki, iyunun 1-də 3 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra Ukrayna Prezidenti Volodimir Zelenski kadr dəyişikliyi ediləcəyini açıqlayıb və sığınacaqlara baxış keçirilməsi barədə göstəriş verib. Yoxlama nəticəsində Kiyevdəki 4655 sığınacaqdan yalnız 15 faizinin standarta uyğun olduğu müəyyən edilib.