Mayk Pompeo Gürcüstana səfərini başa çatdırdı [Video]

Amerika Birləşmiş Şatatlarının dövlət katibi Mayk Pompeo Gürcüstana səfərini başa çatdırdı.

Buradan dövlət katibi İsrailə getdi.

Mayk Pompeo Gürcüstana iki günlük rəsmi səfərlə gəlmişdi və ölkənin rəsmi şəxsləri ilə görüşlərə bugün səhərdən başladı.

İlk görüşü Pompeo Gürcüstan prezidenti Salome Zurabişili ilə keçirdi. Daha sonra baş nazir və Xarici İşlər Naziri ilə görüşdü.

Qısa səfər çərçivəsində, Pompeo Gürcüstanın katolikos-patriarxı İkinci İlia və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə də görüşdü.