Mayk Pompeo Giorgi Qaxariaya - Sizi demokratik məsələlərdə dəstəkləyirik, sizin üçün çox ağrılı olan, ölkənizin işğalı ilə bağlı mövzu üzərində də bərabər işləyirik
Mayk Pompeo Giorgi Qaxariaya - Sizi demokratik məsələlərdə dəstəkləyirik, sizin üçün çox ağrılı olan, ölkənizin işğalı ilə bağlı mövzu üzərində də bərabər işləyirik

Bütün dünya və həmçinin, Gürcüstan Çindən gələn virus çağırışının qarşısında durur.

Onunla birlikdə baş edəcəyik. Xalqımızı qoruyub, iqtisadiyyatımızı dirçəldəcəyik. Bu sizin ölkəniz və regionunuz üçün xüsusi ilə önəmlidir, – bu bəyanatı ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüş zamanı verdi.

Onun dediyinə görə, ABŞ və Gürcüstanı 30 illik möhtəşəm dostluq birləşdirir.

“Cənab baş nazir, burada olduğum üçün çox sevincliyəm, Görüşümüz zamanı bütün önəmli aspektlər müzakirə olunacaq. Biz artıq 30 ildir möhtəşəm dost ölkələrik. Sizi demokratik məsələlərdə dəstəkləyirik, sizin üçün çox ağrılı olan, ölkənizin işğalı ilə bağlı mövzu üzərində də bərabər işləyirik. Gələcəkdə də demokratik inkişafınız üçün sizə dəstək verməyə davam edəcəyik. Mənə ev sahibliyi etdiyiniz üçün təşəkkür edirəm. Bu imkana və sizinlə görüşə çox böyük dəyər verirəm” – dedi Mayk Pompeo.

Bu haqda məlumatı baş nazirin mətbuat xidməti yayır.