Mayın 27-də Gürcüstan vətəndaşları Hindistandan öz vətənlərinə qayıdacaqlar
Koronavirus məhdudiyyətlərinə görə, Hindistandan Gürcüstana qayıda bilməyən vətəndaşlar, Gürcüstanın Hindistandaki səfirliyinin yardımı ilə, Vande Bharat Mission proqramı çərçivəsində, 2020-ci ilin mayın 27-də Deli-Tbilisi-Deli aviareysi ilə qayıdacaqlar.
Bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.
Hindistanın Qoa, Racastan və Maharaştra ştatlarından Gürcüstan və Azərbaycan vətəndaşlarının Deliyə nəqli səfirlik tərəfindən kirayələnən avtobus vasitəsi ilə həyata keçirildi.
Nazirliyin məlumatına görə, həmçinin, 2020-ci ilin mart ayında, dünyada koronavirusun yayılmasına görə, Gürcüstanda və Tayland Krallığında fövqəladə vəziyyətin elan edildiyindən sonra, Gürcüstanın Hindistandaki Səfirliyi vasitəsilə Taylandda olan 24 Gürcüstan vətəndaşına müxtəlif yardımlar edildi.
Həmçinin, Taylandda olan 23 Gürcüstan vətəndaşına vizalarının uzadılması məsələsində Gürcüstan Səfirliyi yardım etdi.
Mayın 2-də, Taylandın Pxuket adasında qalan yeddi Gürcüstan vətəndaşına səfirlik Bankoka nəql edilməyə yardım və qida ilə təmin etdi.