Mayın 20-dən Gürcüstanda hava temperaturu 30-35 dərəcəyə qədər artacaq
Mayın 20-dən Gürcüstanda hava temperaturu 30-35 dərəcəyə qədər artacaq

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, mayın 18-19-da Gürcüstanın bəzi rayonlarında qısa müddətli yağış yağa bilər.

Gündüz saatlarında hava temperaturu +21, +26 dərəcə olacaq. Bəzi bölqələrdə güclü külək əsə bilər.

Mayın 20-21-də isti və yağışsız hava gözlənilir. Hava dərəcəsi mayın 21-də +30, +35 dərəcəyə qədər artacaq.

Paytaxt Tbilisidə yağışsız hava olacaq.