Masterşefin beşinci sezonu başlayır.
Gürcüstanın Birinci Kanalı və “NovaProdakşenin” birgə hazırladığı populyar kulinar meqaşou üçün iştirakçıların seçilməsi prosesi son mərhələdədir.
Beşinci sezonun iştirakçlarını yenilik gözləyir – artıq daha fərqli və daha çətin tapşırıqlar olacaq.
Layihənin müəllifləri beşinci sezon üçün çoxlu sürpriz elan edirlır.
Ən böyük reytinqi olan kulinar meqaşoun yeni sezonu ənənəvi olaraq, Gürcüstanın Birinci Kanalının efirində aprelin 4-dən, hər həftə, saat 22-də təqdim olunacaq.