Masaçusets ştatının sakini ABŞ-ın şərq sahilində donmuş Atlantik Okeanını lentə aldı (video)

Masaçusets ştatının sakini, Rayan Kendi ABŞ-ın şərq sahilində donmuş Atlantik Okeanını lentə aldı.

Onun dediyinə görə, videokadrların yazılması zamanı hava temperaturu mənfi 20 dərəcəni təşkil edirdi. Qışın bu vaxtında hava temperaturu mənfi 8 dərəcədən aşağı heç zaman düşməmişdi.

Rayan Kendi həmçinin pilotsuz, radioidarəedilə cihazla çəkilmiş kadrları da yayır. Onun videokadrlari internetdə tezliklə populyarlıq əldə etdi.

Gün ərzində onu artıq 300 min istifadəçi izlədi.