Maryamoba bayramı ilə bağlı məhkumlar əmanətləri əngəllər olmadan alacaqlar
Maryamoba bayramı ilə bağlı məhkumlar əmanətləri əngəllər olmadan alacaqlar

Bütün penitensial müəssisələr müttəhimlər və məhkumlar üçün Maryamoba bayramı ilə bağlı əmanətlərin əngəllər olmadan alınmasını təmin edəcək, – bu barədə xüsusi penitensial xidmətinin bəyanatında deyilir.

İdarənin məlumatına görə, qanunla müəyyən olunmuş qayda ilə, əmanətləri bütün penitensial müəssisələr səhər saat 10:00-dan axşam saat 19:00-a qədər, avqustun 28-da səhər saat 10:00-dan saat 13:00-a qədər alacaq.

“Xüsusi penitensial xidməti əmanətlərin alınması prossesinin əngəllər olmadan həyata keçirilməsini təmin edəcək”, – idarədə bəyan edirlər.