Martvili munisipalitetində koronavirusdan 31 yaşlı qadın həlak oldu
Martvili munisipalitetində koronavirusdan gənc qadın həlak oldu.
Bu haqda məlumatı Martvili İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Roza Canaşia verib.
Onun dediyinə görə, pasientin xronik xəstəliyi var idi.
Martvili İctimai Sağlamlıq Mərkəzinin rəhbəri bəyan edir ki, 31 yaşlı qadının təcili testinin cavabı ilk öncə mənfi idi, ancaq PCR testin cavabı müsbət çıxdı.
Qeyd edilməlidir ki, gənc qadın “PCR” testin cavabı gələnə qədər öz evində həyatını itirdi.