Martvili məktəbinin Gürcüstanın Birinci Kanalında ekskursiyası
Martvili məktəbinin Gürcüstanın Birinci Kanalında ekskursiyası

 
Martvili munisipalitetinin Xuntsi kəndinin ictimai məktəbinin şagirdləri Birinci Kanala qonaq olublar. Məktəbin uşaq proqramının – “Qvirilebi”nin kiçik jurnalistləri Birinci Kanalın “Kitab rəfi” layihəsinin aparıcısı Aleksandre Lortkipanidzenin müsahibəsini alıblar.

Şagirdlər xəbər otağında olublar, jurnalistlər və prodüserlərlə söhbət ediblər. Onlar “Gürcüstan radiosu” studiyasında olub, canlı yayımdan əvvəl “42-ci paralel” verlişinin aparıcıları ilə tanış olublar. Uşaqlar Birinci Kanalın studiyalarında və yayım stansiyasında olub, proqramların efirə buraxılması xüsusiyyətləri barədə ətraflı məlumat alıblar.