Martın 9-12-də Gürcüstanda havanın soyuq və yağmurlu olacağı gözlənilir
Martın 9-12-də Gürcüstanda havanın soyuq və yağmurlu olacağı gözlənilir- bu barədə Ətraf Mühit Milli Agentliyin məlumatında bildirilir.
Onların verdiyi məlumata görə, dağlıq rayonlarda güclü qar, duman və qar fırtınası, dənizdə 3-4 bal gücündə dalğanın olacağı gözlənilir.
“Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra , dağlıq ərazilərdə uçqunların əmələ gəlməsi və sürüşmə proseslərinin aktivləşməsinə səbəb ola bilər.
Avtomobil yollarının bəzi hissələrində güclü qar, görmə məsafəsinin pisləşməsi, qar fırtınası, sürüşmə və qar uçqunları səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər” – deyə Ətraf Mühit Milli Agentliyin məlumatında qeyd olunur.