Martın 1-dən Tbilisinin 14 küçəsində mikroavtobuslar sadəcə ictimai nəqliyyat dayanacaqlarında saxlayacaqlar

Martın 1-dən Tbilisinin 14 küçəsində mikroavtobuslar sadəcə ictimai nəqliyyat dayanacaqlarında saxlayacaqlar.

Paytaxt meriyasının qeyd olunan pilot layihəsi martın birindən qüvvəyə minəcək.

Layihə Vaja-Pşavela, Rustaveli, Çavçavadze, Kazbegi, Ağmaşenebeli və Pekini prospektlərinə, Kostava, Melikişvili, Qorqasali, Şartava, Corc Buş küçələrinə və həmçinin Ağmaşenebeli xiyabanına və Kaxeti kəsiyinə aid olacaq.

Paytaxtın meri Kaxa Kaladzenin dediyinə görə, layihənin müvəffəqiyyətlə həyata keçirildiyi təqdirdə, o bütün Tbilis miqyasında qüvvəyə minəcək.

Kaxa Kaladze bəyan etdi ki, indiyə qədər mövcud olan nəqliyyat dayanacaqlarının qaydası, avtoqəza risklərini müəyyən dərəcədə artırırdı.