Marneulinin meri bəyan edir ki, məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, munisipalitetdə koronavirusun prevensiya tədbirləri davam edəcək
Marneulinin meri bəyan edir ki, məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, munisipalitetdə koronavirusun prevensiya tədbirləri davam edəcək

Marneulinin meri Zaur Darğallı bəyan edir ki, munisipalitet adi həyat rejiminə qayıdır, ancaq məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, koronavirusun prevensiya tədbirləri davam edir.

Onun dediyinə görə, gərəkdiyi halda, kəndlərdə termoskrininq prosesi davam edəcək və buna kənd həkimləri də qoşulacaqlar. Həmçinin, informasiya kampaniyası da davam edir.

“Munisipalitetdə ictimai yerlərdə toplaşma məhdudiyyətləri və distansiyanın qorunması davam edəcək. Bildiyiniz kimi, Marneuli də artıq Gürcüstanın digər rayonıları kimi adi həyat rejiminə qayıdır və bugündən etibarən, burada da gözəllik salonları və estetik mərkəzləri açılır” – dedi Zaur Darğallı.