Marneulinin Hərarət Mərkəzində 3 nəfərin analiz cavablarını gözləyirlər
Marneulinin Hərarət Mərkəzində 3 nəfərin analiz cavablarını gözləyirlər

Marneulinin ″Geo Hospitals″  Klinikasından Luqar laboratoriyasına 3 pasiyentin tədqiq olunası nümunələri  göndərilib.Klinikadan da qeyd olunduğu üzrə,şübhəli simptomların qeydə alındığı  hər 3 şəxsi  Hərarət Mərkəzinə bu gün daxil ediblər.

Həkimlərin verdiyi məlumata görə,onların sağlamlıq vəziyyəti  qənaətbəxşedir. ″Geo Hospitals″  klinikasından, testlərin cavablarının  ehtimal ki, sabah səhər  məlum olacağını  bildirirlər.

Marneuli  Munisipalitetində  artıq 7-ci gündür ki,Covid 19-a heç bir yoluxma halı qeydə alınmayıb.Marneuli martın 23-də  ciddi karantin zonası olaraq elan edilib.Mayın 18-də munisipalitetin açılması planlaşdırılır.

Hazırladı-Sevinc Mustafayeva