Marneulidə yerləşən "Ceo Hospitals" klinikasında "karantin" rejimi başa çatdı və hospital sahə funksiyasını dayandırır

Koordinasiya Şurasının qərarı ilə, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsi Xidməti Marneuli şəhərində karantin üçün hazırlanan sahə hospitalında dezinfeksiya keçirdi və onun demontajına başladı.

“Marneulidə mövcud olan tibb mərkəzindən “karantin” rejiminin götürüldüyünə görə, klinika hər zamanki funksiyasını qaytarır, yəni yerli əhaliyə tibbi xidmət etməyə davam edəcək. 100 nəfər üçün nəzərdə tutulan sahə hospitalı isə, demontaj edilir” – deyilir fövqəladə hallar idarəsi xidmətinin yaydığı məlumatda.

İdarənin məlumatına görə, sahə hospitalı Marneuli şəhərində, cari ilin mart ayında, karantin zonasının elan edilməsi ilə bağlı açılmışdı. Açıldığından bu günə qədər, hospitalda 200 pasiyent tibbi yoxlanışdan keçdi.