Marneulidə tədqiq olunmuş 20 nəfərin heç birinin koronavirusa yoluxması təsdiqlənməyib
Marneulinin ″ Geo Hospitals″ klinikasından Luqar laboratoriyasına göndərilmiş 20 testin, hamısının cavabı mənfidir.Bu barədə Gürcüstanın Birinci Kanalına klinikadan bildirilib.
Həkimlərin verdiyi məlumata görə,tədqiq olunan 20 nəfərdən,ikisində şübhəli simptomlar qeydə alınırmış, 18-i isə ″ Geo Hospitals″ klinikasının əməkdaşıdır.
Eyni zamanda , ictimai yerlərdə işləyən şəxslər üzərində ″ PCR″ tədqiqatın aparılması davam etdirilir.Bu gün Luqar laboratoriyasından 525 nəfərin test cavabını gözləyirlər.
Hazırladı-Sevinc Mustafayeva