Marneulidə su təchizatı və kanalizasiya  sistemlərinin tikintisi prosesi  gələn il başa çatacaq
Marneulidə su təchizatı və kanalizasiya  sistemlərinin tikintisi prosesi gələn il başa çatacaq

 

Gürcüstanın vitse-baş naziri, Regional İnkişaf və İnfrastruktur naziri, Maia Tskitişvili Marneuli munisipalitetində su təchizatı və kanalizasiya sistemlərinin inşası prosesi ilə tanış olub.

 Bu mərhələdə nasos stansiyaları və su anbarları tikilir, maqistral boru , daxili şəbəkələr və yeni kanalizasiya kollektoru qurulur . Layihə başa çatdıqdan sonra Marneuli şəhərinin  və munisipalitetin  5 kəndinin (Tsereteli, Saimerlo, Kizilajlo, Böyük və Kiçik Beqlari) 30 mindən çox sakini   sabit, keyfiyyətli su   ilə təmin ediləcək.

 Kanalizasiya sisteminə gəlincə isə, kanalizasiya infrastrukturu 40.000 nəfər üçün nəzərdə tutulub

Məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyinin mətbuat xidməti yayır.

 

 

Hazırladı-Sevinc Mustafayeva