Marneulidə qapı-qapı prinsipi ilə vətəndaşların yoxlanılması həyata keçirilir
Marneulidə qapı-qapı prinsipi ilə vətəndaşların yoxlanılması həyata keçirilir

Marneuli munisipalitetində qapı-qapı prinsipi ilə vətəndaşların yoxlanılması davam etdirilir.

Marneuli meri müavini, Laşa Lobcanidzenin Gürcüstanın Birinci Kanalı ilə müsahibəsində bəyan etdiyinə görə, 95 mindən çox vətəndaş yoxlanılıb.

“Marneulidə karantinin bəyan edilməsi günündən termoskrininq fəal olaraq aparlılır. 95 mində çox insan artıq yoxlanılıbdır. Həkimlər və munisipalitet əməkdaşları tərəfindən qruplar yaradılıb. Onlar qapı-qapı gəzirlər və vətəndaşların tibbi yoxlanışını həyata keçirirlər. Vətəndaşda şübhəli simptomun aşkar olunduğu təqdirdə onun hospitala aparılması baş verir. Güman edirik ki, iki günə bütün Marneulini əhatə edəcəyik və planlaşdırırıq ki, termoskriniqi təkrar həyata keçirək”, – Laşa Lomcariya bəyan etdi.