Marneulidə beş pasientdə koronavirus təsdiqlənmədi
Marneulidə beş pasientdə koronavirus təsdiqlənmədi

Marneulinin “CeoHospital” klinikasından göndərilən beş pasiyentin analiz nəticələri mənfi çıxdı. Onlarda koronavirusu yoxdur, – bu barədə məlumat Gürcüstanı Birinci Kanalına klinikadan verildi.

Həkimlərin dediyinə görə, Ceohospitalda şübhəli simptomları olan pasiyentlər yoxdur.

Marneulinin İctimai Sağlıq Mərkəzinin məlumatına görə, munisipalitetdə yeni koronavirsdan 16 nəfər sağalıb.

Artıq səkkizinci gündür munisipalitetdə koronavirusun yeni halı qeydə alınmayıb.

Marneuli sərt karantin zonası olaraq martın 23-də elan edildi.