Marneulidə, 52 nömrəli seçki məntəqəsində sözlü və fiziki münaqişə baş verib [Video]

Marneulidə, 52 nömrəli seçki məntəqəsində sözlü və fizik münaqişə baş verib.

İnsindent “Milli Hərəkat” və “Gürcü Arzusu” tərəfdarları arasında baş verib.

Qarşıduran tərəflər bir-birlərini məntəqəyə gələn seçicilərə hansı nömrəyi seçmələri ilə bağlı təzyiq etməklə ittiham edirlər.

“Milli Hərəkat” partiyasının üzvü Niyaz Quliyev birinci Elvin Qasumova butulkalar atmağa başladı. İnsindent ona görə başladı ki, ona deyiblər öncə qadınları içəri burax, o da elə eşidib, güya kiməsə səs ver deyilib və butulka atmağa başladı. Bunlar provokasya üçün yer axtarırlar, belə olmaz axı, bu müharibədir yoxsa seçki?” – deyir hadisə yerində olan seçicilərdən biri.

Seçki məntəqəsinin komisiya sədri Birinci Kanala bəyan etdi ki, seçki məntəqəsinin daxili perimetrində insindent olmayıb. Onun dediyinə görə, səs vermə prosesi üçün hərhansı maneə yaradılmayıb, bayırda baş verənlər isə, onun kompetensiyasına daxil deyil.

Gürcüstanın Birinci Kanalının jurnalistinin məlumatına görə, 52-ci seçki məntəqəsində hazırda sakirçilikdir..

Məntəqənin yanında hüquqmühafizəçilər dururlar.