Marneuli və ətraf kəndlərdə dezinfeksiya işləri aparılır

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə, xüsusi texnika ilə Marneuli şəhərində və yaxın kəndlərdə dezinfeksiya işləri aparılır.

Gürcüstanın Birinci Kanalının orada olan jurnalistinin məlumatına görə, dezinfeksiya ilk öncə, koronavirusa yoluxan pasiyentin yaşadığı küçədən başladı.

Xəstəliklər Nəzarətinin Milli Mərkəzi ilə razılaşma əsasında, Marneulidə dezinfeksiya üçün asya böcəyinə qarşı istifadə edilən maddədən istifadə edilir.

Dezinfeksiya işləri Bolnisidə də aparılır.