Marneuli munisipalitetinin beş kəndinə 24 saatlıq su təminatı sisteminin hazırlıq işləri aparılır
Marneuli munisipalitetinin beş kəndinə 24 saatlıq su təminatı sisteminin hazırlıq işləri aparılır

Birləşmiş Su təminatı şirkəti Marneuli munisipalitetinin beş kəndinin 24 saatlıq su təminatı sisteminin quraşdırması işlərini həyata keçirir.

Bu haqda məlumatı su təminatı şirkəti yayır.

Şirkətdə bəyan edirlər ki, Marneuli Bolnisi və Qızılhacılı kəndinin su təminatı sistemlərinin təmir işləri də aparılır.

“Layihə çərçivəsində, rezervuarlar tikiləcək və magistral su borusu çəkiləcək.

Layihə başa çatdıqdan sonra, Marneuli munisipalitetinin Tsereteli, İmirli, Böyük və kiçik Bəylər və Qızılhacılı kəndlərinin əhalisi – cəmi 31 700-ə qədər insan, stabil, keyfiyyətli su ilə təmin ediləcək” – deyilir Birləşmiş Su təminatı Şirkətinin bəyanatında.