Marneuli munisipalitetində yoxlanılan 44 nəfərdən heç birində koronavirus təsdiqlənmədi
Marneuli munisipalitetində yoxlanılan 44 nəfərdən heç birində koronavirus təsdiqlənmədi

Marneuli munisipalitetində səkkizinci gündür covid-19-un heç bir halı qeydə alınmayıb.

Bu barədə məlumatı Birinci Kanala Marneulinin meri Zaur Darğallı verib.

Onun dediyinə görə, 44 analiz götürüldü və hamısının cavabı mənfi çıxdı.

Marneuli merinin dediyinə görə, munisipalitetdə ailələrə yardım kampaniyası davam edir və bu vaxt üçün 11 000-ə qədər ailə meriyadan ərzaq paketi aldı.

Həmçinin, munisipalitetin hər yerində əhaliyə koronavirusla bağlı üç dildə məlumatlar və broşürlər verilir.