Marneuli Munisipalitetində bir nəfərin koronavirusa yoluxması təsdiqlənib
Marneuli Munisipalitetində bir nəfərin Covid 19-a yoluxması təsdiqlənib.
Munisipalitetin Meriyasından bildirilib ki,yeni hal təcili tibbi yardım klasteri ilə əlaqəlidir.
O, yoluxmuş şəxsin kontaktıdır.Meriyadan bildirilib ki,bu gün Covid 19-a yoluxması təsdiqlənən şəxs ,ciddi şəkildə özünü təcrid edibmiş və heç kəslə kontaktda olmayıb.
Marneuli Munisipalitetindən Luqar laboratoriyasına dünən 20 nümunə göndərilib,cavablar bu gün məlum olub.19 testin cavabı mənfidir.
Gürcüstanda bu vaxt üçün koronavirusa yoluxması laboratoriya yolu ilə təsdiqlənənlərin sayı 695-i təşkil edir,onlardan 425-i sağalıb.
Hazırladı-Sevinc Mustafayeva