Marneuli munisipalitetində 49 yaşlı qadında koronavirus təsdiqləndi

Marneuli munisipalitetinin Maradisi kəndində 49 yaşlı qadında koronavirus təsdiqləndi.

Birinci Kanalın Marneulidə olan jurnalistinin verdiyi məlumata görə, test cavablarını Luqar laboratoriyasından “CeoHospital” klinikası bu gün aldı.

Pasient Tbilisi tibb müəssisələrinin birinə yerləşdirildi. Həkimlərin dediyinə görə, onun sağlamlıq vəziyyəti stabildir.

Hələlik infeksiya mənbəyi naməlumdur və kontaktların aşkarlanması üçün fəal iş aparılır.