Mark Kleyton - hamının bu seçkilərin şəffaf və ədalətli keçirildiyini görmək imkanına malik olması mühümdür
Mark Kleyton - hamının bu seçkilərin şəffaf və ədalətli keçirildiyini görmək imkanına malik olması mühümdür

 

Hamının bu seçkilərin şəffaf və ədalətli keçirildiyini görmək imkanına malik olması mühümdür, yaxşı və güclü monitorinq prosesi hər kəsə bütün sistemə yönəlik daha çox inam verir-Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton bu barədə bildirib.

Səfirin də qeyd etdiyi kimi, Rustavi, Ğaracala və Poniçalada yerli özünüidarəetmə seçkilərində səsvermə prosesini müşahidə edib.

“Səfirliyimizin altı komandası bölgədədir. Biz ATƏT / DTİHB -nin müşahidəçi missiyasını və eləcə də yerli – GYLA, PMMG və ISFED -i dəstəkləyirik. Hamının bu seçkilərin şəffaf və ədalətli keçirildiyini görmək imkanına malik olması mühümdür. Yaxşı və güclü monitorinq prosesi hər kəsə bütün sistemə yönəlik daha çox inam verir.
Şadam ki, hazırda seçki prosesi ümumiyyətlə sakit keçir. Mərkəzi Seçki Komissiyası bunun üçün şərait yaratdığına görə, eləcə də seçkilərdə sakit iştiraka çağıran siyasi partiyalar təqdirə layiqdir. Bu, həqiqətən də mühüm seçkidir. Bu, qarşılaşdığınız yerli problemlərin aradan qaldırılmasında birbaşa ən böyük məsuliyyət daşıyan insanlara səs vermək şansınızdır. Səsvermədə hələlik iştirak etməyənləri səs verməyə çağırıram. Ümid edirəm ki, günün geridə qalan hissəsi sakit şəkildə başa çatacaq” -deyə Mark Kleyton bildirib.