Mark Kleyton- Böyük Britaniya Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmasını dəstəkləyir, bu, Gürcüstanın suveren seçimidir, necə izah edəcəyini və nə qərar verəcəyini Gürcüstan qərarlaşdırmalıdır
Mark Kleyton- Böyük Britaniya Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmasını dəstəkləyir, bu, Gürcüstanın suveren seçimidir, necə izah edəcəyini və nə qərar verəcəyini Gürcüstan qərarlaşdırmalıdır

 
Böyük Britaniya Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmasını dəstəkləyir, gördüyüm qədərilə bu, Gürcüstanın suveren seçimidir, nə qərar verəcəyini Gürcüstan qərarlaşdırmalıdır – bu haqda Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton açıqlayıb.

Səfir, sosioloji sorğuların gürcü xalqının Avropa İttifaqı və NATO-da olmaq istədiyini göstərdiyini bildirib.

“Gürcüstan müstəqilliyini əldə etdiyi andan Böyük Britaniya onun ən yaxın tərəfdaşları və müttəfiqləri arasında olub, Böyük Britaniya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün son dərəcə güclü tərəfdarıdır, suverenlik seçim etmək mənasına gəlir. Bu səbəbdən ölkəmin mövqeyindən və Avropa İttifaqından çıxmasından asılı olmayaraq, mən açıq şəkildə deyirəm ki, B. Britaniya Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmasını dəstəkləyir. Gördüyüm bütün sosioloji sorğular gürcü xalqının Avropa İttifaqında və NATO-da olmaq istədiyini göstərir. Bütün əsas siyasi partiyalar xarici siyasətin məqsədinin Avropa İttifaqı və NATO-ya üzvlük olduğunu deyirlər. Konstitusiyanız Avropa İttifaqı və NATO-ya daxil olmaq istədiyinizi deyir. Beləliklə, mənim gördüyüm qədərilə, bu, Gürcüstanın suveren seçimidir. Necə izah edəcəyini və nə qərar verəcəyini Gürcüstan qərarlaşdırmalıdır. Böyük Britaniya bu yolda Gürcüstanı dəstəkləyəcək” – səfir bildirib.