Mariya Zaxarova - Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı müddət və digər məsələlər həmkarlarla birlikdə müəyyən olunacaq
Mariya Zaxarova - Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı müddət və digər məsələlər həmkarlarla birlikdə müəyyən olunacaq

Rusiya Xarici İşlər Nazirliyində bu ölkənin sülhməramlılarının Qarabağda qalma müddətlərinin Bakı ilə birlikdə müəyyən ediləcəyini açıqlayıblar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Rusiya sülhməramlılarının regionda yerləşdirilməsi ilə bağlı şərtlər və digər məsələlər əvvəllər dediyimiz kimi həmkarlarımızla birlikdə müəyyən ediləcək. Əgər söhbət Qarabağ ərazisindən gedirsə, o zaman Azərbaycan tərəfi ilə birlikdə bölgədə vəziyyət nəzərə alınmaqla”- Zaxarova bildirib.