Marina Kaliurand və Sven Mikserin birgə bəyanatı - İşğal altındakı Sxinvalidə keçirilən qanunsuz seçkiləri pisləyirik, bu, 2008-ci ilin avqustunda əldə olunmuş atəşkəs razılaşmasını kobud şəkildə pozur

Gürcüstanın işğal altındakı Sxinvali bölgəsində keçirilən qanunsuz seçkiləri pisləyirik- bu haqda avropalı parlamentarilər Marina Kaliurand və Sven Mikserin birgə bəyanatında qeyd olunub.

Bəyanatda qeyd edildiyi kimi, avropalı parlamentarilər Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər.

“2024-cü ilin iyunun 9-da Gürcüstanın Sxinvali bölgəsində/Cənubi Osetiyada keçirilən qanunsuz parlament seçkilərini pisləyirik. Rusiya tərəfindən işğal altındakı ərazilərdə fiktiv seçkilərin təşkili Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ilin avqustunda əldə edilmiş atəşkəs razılaşmasını kobud şəkildə pozur. Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyimizi təkrarlayırıq”- bəyanatda qeyd olunub.