Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, son 24 saat ərzində Gürcüstanda koronavirusun 30 yeni halı aşkar edildi
Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, son 24 saat ərzində Gürcüstanda koronavirusun 30 yeni halı aşkar edildi

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, son 24 saat ərzində Gürcüstanda koronavirusun 30 yeni halı aşkar edildi və ümumi say 296-nı təşkil edir.

“Dünən səhərin göstəriciləri ilə, bilirsiniz, 266 pasiyent təsdiq olunmuşdu, son 24 saat ərzində 30 təsdiq olunmuş hal əlavə olundu. Buradan ölkə miqyası ilə 68 pasiyent sağalıb.

Təsdiq olunan 296 haldan 86 pasiyent bizim klinikamızdadır. Klinikamızda 45 pasiyent sağalıb”, – Ezuqbaiya bəyan etdi.