Marina Ezuqbaianın sözlərinə görə,koronavirusa yeni yoluxma hallarından bir hissəsi Bolnisi rayonu ilə əlaqəlidir,bir hissəsi isə təsdiqlənmiş halların kontaktlarıdır
Marina Ezuqbaianın sözlərinə görə,koronavirusa yeni yoluxma hallarından bir hissəsi Bolnisi rayonu ilə əlaqəlidir,bir hissəsi isə təsdiqlənmiş halların kontaktlarıdır

Tbilisinin YXX-nın  tibbi direktoru,Marina Ezuqbaianın sözlərinə görə, dünən səhərdən bu günədək  Gürcüstanda koronavirusa 18 yeni yoluxma halı qeydə alınıb.

O,Covid mərkəzlərdə bu vaxt üçün 258 pasiyentin müalicə olunduğunu bildirir.

″Dünənki göstəricilərlə  təsdiqlənmiş 677 hal var idi. 18 yeni təsdiqlənmiş hal əlavə olundu, hazırda koronavirusa yoluxması təsdiqlənən 695 pasiyent var.419 nəfər sağalmışdı,bu mərhələdə,sadəcə 6-sı əlavə olundu və hazırda onların sayı 425-i təşkil edir.Hazırda,bu məlumatları uzlaşdırmaqla,258 nəfər Covid mərkəzlərdə müalicə olunur.  Müalicədə olan təsdiqlənmiş hallarla müqayisədə 155 pasiyent sağalıb″-deyə Ezuqbaia bildirib.

Yeni hallara gəlincə isə,onun izahatına görə, 18 yeni haldan 8-i Bolnisidəndir.

″Əsasən bu Qeta(Aşağı Güləver) və Muşevani(Dəllər) kəndləridir.Sonrakı 8 nəfər  yoluxanlarla kontaktda olanlardır.Yəni təsdiqlənmiş, artıq yoluxmuşların kontaktları.Sadəcə ikisi yeni təsdiqlənəndir,onlar karantin məkanından daxil ediliblər.Onların kontaktlarının axtarılması istiqamətində iş aparılır.

Bolnisinin 8 yoluxma halından 4-ü bizə yerləşdirilib,geridə qalanları isə başqa mərkəzlərə″- deyə Ezuqbaia bildirib.

Bununla belə ,koronavirusun Sameqreloda  trayler sürücüsünün ailə üzvlərində təsdiqlənməsinə dair suala,Ezuqbaia cavabında bildirib ki, sözü gedən pasiyentlər Ruxi Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırladı-Sevinc Mustafayeva