Marina Ezuqbaianın məlumatına görə, koronavirusun üç yeni halından bir pasiyent yük maşınının sürücüsüdür, digər pasiyentlər isə, təsdiqlənən halın kontaktlarıdır
Tbilisi İnfeksiya Xəstəxanasının Tibbi Direktoru Marina Ezuqbaianın dediyinə görə, Gürcüstanda qeydə alınan üç yeni haldan biri yük maşınını sürücüsüdür, ikisi isə, artıq təsdiqlənən halın kontaktlarıdır.
Ezuqbaianın dediyinə görə, yük maşının sürücüsü karantində idi.
Ezuqbaianın dediyinə görə, infeksiya klinikasında hazırda koronavirusdan 32 pasiyent müalicə olunur, iki pasiyent isə, sağaldı və klinikadan çıxdı.
Vəziyyəti ağır olan üç pasiyentə gəlincə isə, Ezuqbaia dedi ki, onların vəziyyətində yaxşılaşmaya doğru stabil dinamika müşahidə olunur.
Marina Ezuqbaianın məlumatına görə, tam olaraq, ölkə miqyasındaki bütün covid-mərkəzlərində, 153 pasiyent müalicə olunur.