Marina Ezuqbaianın bəyanatına görə, koronavirusun 22 yeni halından 15 Tetritskaro klasterindəndir
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda son 24 saat ərzində aşkarlanan koronavirusun 22 yeni halından böyük hissəsi Tetritskaro klasteri ilə bağlıdır.
Yəni, Ezuqbaianın dediyinə görə, 15 Tetritskarodan, 3 Svanetidən, qalanı isə, Bolnisi klasteridir.
Hazırda Tbilisi İnfeksiya Xəstəxanasında 43 pasiyent müalicə olunur, onlardan 3 klinikaya təsdiqlənmiş diaqnoz ilə aparılıb.